"Turan"dan Türkiyəyə maddi dəstək üçün GÖZƏL TƏŞƏBBÜS

8 Fevral 2023 20:20 Turan 662
"Turan"dan Türkiyəyə maddi dəstək üçün GÖZƏL TƏŞƏBBÜS

"Turan Tovuz" Türkiyədə baş verən güclü zəlzələyə görə qardaş ölkəyə dəstək olmaq üçün təqdirəlayiq addım atıb.

Sportinfo.az xəbər verir ki, klubi Premyer Liqanın 22-ci turunda "Kəpəz"lə matçın bilet satışından əldə olunacaq bütün gəliri yarım məqsədi ilə Türkiyəyə göndərəcək.

Bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb.

Qərb derbisi oyun üçün biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti isə 2 AZN təşkil edir. "Turan Tovuz" azarkeşləri matça bilet almaqla Türkiyəyə dəstək olmağa səsləyib.

Fevralın 11-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" oyunu saat 14:00-da başlayacaq.

Fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində çox sayda ölənlər və yaralananlar var.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!