Tanınmış şirkət sahibinin Premyer Liqa klubu ilə bağlı nə planı var?

7 Fevral 2023 15:00 Turan 1 567
Tanınmış şirkət sahibinin Premyer Liqa klubu ilə bağlı nə planı var?

“Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev fevralın 11-də Tovuza səfər edəcək.

Həmin gün onun şirkəti ilə “Turan Tovuz“ arasında əməkdaşlığa dair memarandum imzalanacaq.

Tovuz klubu həmin gün Premyer Liqanın 22-ci turu çərçivəsində qərb derbisinə çıxacaq. Ayxan Abbasovun çalışdırdığı komanda həmin gün doğma məkanda «Kəpəz»lə üz-üzə gələcək.

E.Quliyevin “Turan Tovuz”u himayəsinə götürməsi təsadüfi sayılmamalıdır.

Əsasən tikinti sektorunda fəaliyyət göstərən iş adamı əslən bu rayondandır. O, müəyyən şərtlər daxilində klubun baş sponsoru olmağa razılaşıb.

Yeni tərəfdaş əməkdaşlığın ilk ilində “Turan Tovuz”a 1-1,5 milyon manat vəsait ayıracaq.

Növbəti mövsümlərdə isə şirkətin qərb təmsilçisinə ayırdığı məbləğ bir qədər artırılacaq. Hər halda tərəflər bütün şərtlərlə bağlı ortaq məxrəcə gəliblər.

E.Quliyev klubun Müşahidə Şurasında yer alacaq. Tanınmış iş adamı “Turan Tovuz“ın rəsmiləri ilə bir neçə görüş keçirib, ümumi vəziyyətlə, büdcəylə maraqlanıb.

Aldıqları məlumatlardan sonra o, doğma rayonunun təmsilçisinin çətin şərtlər altında fəaliyyət göstərdiyini bildirib, qeyd edib ki, mövcud problemlərin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək.

Quliyev biznes dünyasından tanıdığı şəxslərin də “Turan Tovuz“un himayəçmləri siyahısına qoşulmasına çalışacağını vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti