Bölgə təmsilçisi 100 gündən sonra gələn qələbənin mükafatını alacaq

7 Fevral 2023 16:40 Turan 497
Bölgə təmsilçisi 100 gündən sonra gələn qələbənin mükafatını alacaq

Premyer Liqada sonuncu qələbəsini oktyabrın 28-də “Sumqayıt” üzərində qazanan “Turan Tovuz” 9 oyunluq qələbəsizlik (100 gün) seriyasına son qoydu.

Qərb təmsilçisi 21-ci tur çərçivəsində səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırdı.

Əzmkar qələbə meydanda tər tökən futbolçulara mükafat qazandıracaq.

Belə ki, klub rəhbərliyi əsas heyətdə meydana çıxan komanda üzvlərinə və məşqçilər heyətinə 500 manat dəyərində mükafat paylayacaq.

Növbəti turda “Kəpəz”lə matçda əldə olunacaq mümkün qalibiyyətin “hədiyyəsi” isə bundan da artıq olacaq.

Fevralın 11-də Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Kəpəz” görüşü saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti