“Bu dəqiqə bizim üçün 1 manat da böyük puldur”

6 Fevral 2023 16:40 Turan 662
“Bu dəqiqə bizim üçün 1 manat da böyük puldur”

“Sponsorluq müqaviləsi yaxın günlərdə imzalanacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un idman direktoru Nadir Nəbiyev deyib.

Onun bildirdiyinə görə, fevralın 11-də “Huner Group”la əməkdaşlıq qüvvəyə minəcək. Tədbirin bu tarixə salınması təsadüfi deyil.

Tovuz klubu həmin gün Premyer Liqanın 22-ci turu çərçivəsində qərb derbisinə çıxacaq. Ayxan Abbasovun çalışdırdığı komanda həmin gün doğma məkanda «Kəpəz»lə üz-üzə gələcək.

“Huner Group”un “Turan Tovuz”u himayəsinə götürməsi təsadüfi sayılmamalıdır.

Əsasən tikinti sektorunda fəaliyyət göstərən şirkətin təsisçisi və direktoru Ehtiram Quliyev əslən bu rayondandır. O, müəyyən şərtlər daxilində klubun baş sponsoru olmağa razılaşıb.

Yeni tərəfdaş əməkdaşlığın ilk ilində “Turan Tovuz”a 1-1,5 milyon manat vəsait ayıracaq.

Növbəti mövsümlərdə isə şirkətin qərb təmsilçisinə ayırdığı məbləğ bir qədər artırılacaq. Hər halda tərəflər bütün şərtlərlə bağlı ortaq məxrəcə gəliblər.

N.Nəbiyevin bildirdiyinə görə, yeni sponsor klubun inkişafına tövhə verəcək:

“Məbləği açıqlaya bilmərəm. İndi onu deyə bilərəm ki, hələlik böyük miqdarda maddi dəstəkdən söhbət getmir.

Hansı məbləğ ayrılacaqsa, “Turan”a köməkdir. Bu dəqiqə bizim üçün 1 manat da böyük puldur.

Bölgə klubuyuq və xərclərimiz çoxdurr. AFFA vasitəsilə dövlətdən yardım alırıq. Bir də rayonumuzun İcra Hakimiyyəti təşkilati məsələlərdə köməklik göstərir.

Yeni sponsorun ayıracağı vəsaitlə problemlərin bir çoxunu aradan qaldıra bilərik. əsas bu əməkdaşlığın başlamasıdır. Ümid edirəm ki, biz hələ uzun illər bir yerdə “Turan”ın inkişafına çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"