Putinin dostu Azərbaycan klubunu öz himayəsinə götürür?

5 Fevral 2023 16:00 Turan 1 502
Putinin dostu Azərbaycan klubunu öz himayəsinə götürür?

«Turan Tovuz»ın yeni baş sponsoru ilə müqavilə bağlayacağı tarix dəqiqləşib.

Doqquz illik aradan sonra Premyer Liqaya dönən qərb təmsilçisi fevralın 10-da bu xəbəri ictimaiyyətə açıqlayacaq.

Bölgə klubu ötən gün sosial şəbəkə hesablarında bu mövzuda video yayımlayıb. Paylaşımdan aydın görünür ki, yeni sponsorunu təqdim etməyə hazırlaşırlar.

Bəli, uzun müddətdir sahibsiz qalan "Turan Tovuz" tezliklə yeni sponsoruna qovuşacaq.

Saytımız bu istiqamətdə aparılan çalışmaları ilk dəfə üzə çıxarandan sonra sosial şəbəkələrdə informasiyalar yayılıb ki, uzun illər AFFA-nın, bu mövsüm isə dövlətin klublara ayırdığı büdcə hesabına maliyyələşən qərb təmsilçisinə tovuzlu iş adamı İlham Rəhimov baxacaq.

Əsasən Rusiyadakı biznesi ilə tanınan Rəhimov, nəhayət doğma rayonunun komandasına maliyyə ayırmağa razılıq verib. Onun Azərbaycanda fəaliyyət göstərən şirkətlərindən biri klubun əsas sponsoru olacaq.

Rəhimovun kluba 1 milyon manat ayıracağı gözlənilir ki, bu, Tovuz təmsilçisi üçün indiki məqamda böyük rəqəmdir.

İlham Rəhimovun adı əvvəllər də "Turan"la yanaşı hallanıb. 2015 və 2017-ci illərdə onun Tovuz təmsilçisinə maliyyə ayıracağı ilə bağlı xəbərlər yayılsa da, bunlar reallaşmayıb.

Elə indi də söhbət ondan getmir. "Turan"dan əldə etdiyimiz məlumata görə, Rusiya prezidenti Vladmir Putinin dostu kimi tanınan sözügedən milyarderlə anlaşma gündəmdə deyil.

Onunla nə görüş olub, nə də anlaşma. Klubun baş sponsoru olmağa razılaşan şəxs başqa bir tovuzlu biznesmendir və Bakıda fəaliyyət göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!