“Qarabağ”a çempionluq mübarizəsində güc göstərən “Sabah” fevralın 11-də məhz bu rəqiblə üz-üzə gələcək.
"tələbələr"in baş məşqçi Murad Musayev bu oyundan öncə kifayət qədər qayğılıdır.
Səbəb komandasının aparıcı fiqurlarının cəza sərhəddində olmasıdır.
Belə ki, “11-liy”in əsas simaları – Aleksey İsayev, Anatoli Nuriyev, Boyan Letiç, Coy-Lens Mikels və Emanuel Apeh, eləcə də Ceyhun Nuriyev təhlükəli vəziyyətdədir.
Bu futbolçulardan hansısa biri və ya bir neçəsi fevralın 6-da “Səbail”lə baş tutacaq görüşdə növbəti “sarı”nı alsa, “Qarabağ”la prinsipial qarşılaşmada iştirak edə bilməyəcək.
Təbii ki, yaranmış vəziyyət Murad Musayevi narahat etməyə bilməz. Çox güman, “Səbail”lə matçda cəza sərhəddində onların bəzilərinə istirahət imkanı yaradacaq. Ya da 90 dəqiqə meydanda saxlamayacaq.
HƏBİB / SPORTİNFO.AZ