Bu komandaya nə olub? – “Başqa suallar və cavablar olardı”

3 Fevral 2023 11:40 Turan 1 726
Bu komandaya nə olub? – “Başqa suallar və cavablar olardı”

Premyer Liqanın 20-ci turu çərçivəsində “Turan Tovuz” səfərdə “Sumqayıt”a məğlub oldu – 1:2.

Bu, qərblilərin qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti idi.

Halbuki, Ayxan Abbasovun yetirmələri sumqayıtılarla qarşılaşmada hesabı bərabərləşdirmişdi və qalib gəlmək üçün yaxşı şansa sahib idi. Lakin müdafiə xəttindəki diqqətsizlik yenilgiyə yol açdı.

Komandanın əsas qapıçısı Tərlan Əhmədli Sportinfo.az-a açıqlamasında hesabat turundakı üzüntünü şərh edib:

“Pis oynadığımızı deyə bilmərəm. Rəqib 90 dəqiqə təzyiqimizi hiss etdi, əlverişli qol imkanlarımız oldu. Həmin şanslardan yararlana bilsəydik, bu gün fərqli mövzuda danışardıq. Başqa suallar və cavablar olardı.

Futbolda yaxşı oyunlar olur. Amma nəticə olmayanda yaxşı oyun pərdə arxasında qalır. “Sumqayıt”la matçda da belə oldu.

Ümumi götürsək, müdafiə və hücum fazasında daha diqqətli olmalıyıq. Qarşıda vaxtımız var. Problemləri aradan qaldırmağa çalışacağıq. Məğlubiyyət olanda daha çox azarkeşlərimizin adına üzülürük”.

“Turan Tovuz” növbəti görüşünü fevralın 6-da səfərdə “Şamaxı”ya qarşı keçirəcək. Oyun saat 14:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti