80 iş adamı və məmura məktub göndərdi - Kimin nəyə gücü çatır, kluba pul ayırsın

2 Fevral 2023 13:00 Turan 838
80 iş adamı və məmura məktub göndərdi - Kimin nəyə gücü çatır, kluba pul ayırsın

Tovuz rayon İcra Hakimiyyəti (İH) «Turan Tovuz»a kömək etmək məqsədi daşıyan dəstək aksiyası keçirib.

Yerli İH 9 illik fasilədən sonra Premyer Liqaya qayıtmış kluba yeni maliyyə qaynaqları tapmaq üçün əslən bu rayondan olan iş adamlarına və dövlət rəsmilərinə rəsmi surətdə müraciət ünvanlayıb.

Konkret olaraq, 80 şəxsə bu niyyətlə məktub göndərilib. Məktubda «Turan»ın maddi cəhətdən ciddi problemlər yaşaması və gələcək fəaliyyətinin təhlükə altına düşməsi qeyd edilib.

Bildirilib ki, yardım aksiyasına qoşulmaq sərbəstdir, doğma rayonun klubuna dəstək vermək istəyənlər imkanları çatdığı qədər ianə edə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti