Sumqayıtda buraxdığı kuryoz qola şərh verdi: “Ham gördü ki...”

1 Fevral 2023 23:00 Turan 763
Sumqayıtda buraxdığı kuryoz qola şərh verdi: “Ham gördü ki...”

“Turan Tovuz” qış fasiləsindən sonra meydana çıxdığı ikinci oyunda da qələbəyə həsrət qaldı.

19-cu turda “Qarabağ”la gərgin keçən oyunda 2:3 hesabı ilə uduzan bölgə təmsilçisi növbəti qarşılaşmada “Sumqayıt”a boyun əydi – 1:2.

Oyunda yaddaqalan epizod meydan sahiblərinin vurduğu ilk qol idi. Todor Todoroski 28-ci dəqiqədə topu uzaq məsafədən aşırma zərbə ilə Tərlan Əhmədlinin başı üzərindən topa qovuşdurdu.

“Turan Tovuz”dakı etibarlı çıxışı ilə yadda qalan Tərlanın rəqibin vurduğu qol zamanı sayıqlığı əldən verməsi təəccüblə qarşılandı.

Halbuki əksər oyunlarda komandasını vacib qollardan xilas edib, meydanda ən yaxşılardan olub.

Əhmədli Sportinfo.az-a açıqlamasında həmin epizodu şərh edib:

“Hamı gördü ki, kuryoz qol alındı. Fikrimcə, həmin epizodda müdafiəçinin özü də topu qapıya vurmaq niyyətində deyildi. Asma etmək istəyirdi, qapıya gəldi. Bir anda baş verdi, gözlənilməz idi.

Həmin epizodda komandama kömək edə bilmədiyimə görə üzüldüm. Futbol səhvsiz olmur. Növbəti matçlarda bu cür səhvlərə yol vermədən komandama kömək etməyə çalışacam”.

Tərlan Əhmədli cari Premyer Liqa mövsümündə meydana çıxdığı 17 oyunda qapısından 23 top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu