Sevinc və kədər bir arada – SUMQAYITDAN FOTOREPORTAJ

1 Fevral 2023 01:50 Turan 541
Sevinc və kədər bir arada – SUMQAYITDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Sportinfo.az xəbər verir ki,ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Sumqayıt" "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 28-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisindən Todor Todoroski açıb. 39-cu dəqiqədə qonaqların ən sərrast futbolçusu Runi Eva tarazlığı bərpa edib. 49-cu dəqiqədə isə Sumqayıtın eyniadlı klubunun yeni transferi Karim Abubakar son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Sumqayıt" turnir cədvəlində "Kəpəz"i qabaqlayaraq, 8-ci pilləyə yüksəlib. 17 xalı olan "Turan Tovuz" isə 6-cıdır.

Turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!