"Baş məşqçi yeni oyunçular istədi, biz də imkanımız daxilində iki transfer edə bildik"

29 Yanvar 2023 15:00 Turan 1 017
"Baş məşqçi yeni oyunçular istədi, biz də imkanımız daxilində iki transfer edə bildik"

«Baş məşqçi müəyyən mövqelərə yeni oyunçular istəmişdi, biz də imkanımız daxilində iki transfer edə bildik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev deyib.

Premyer Liqada uğurlu mövsüm keçirən əyalət klubu qış fasiləsini boş keçirmədi.

Burkina-fasolu müdafiəçi Ben-Aziz və Dao və gürcüstanlı hücumçu İmedi Aşortiya ilə vidalaşan debütant konkret olaraq elə zonalara yeni adlar cəlb edib.

Bunlar moldovalı Denis Marandiçi və albaniyalı Belaydi Pusidir. N.Nəbiyev maliyyə azlığı səbəbindən məhdud sayda transfer əməliyyatı həyata keçirdiklərini bildirib:

«İmkanımız olsaydı, başqa futbolçular da alardıq. Gücümüz yalnız buna çatdı.

Sözün düzü, Ayxan Abbasov israr etməmişdi ki, mütləq 3 legioner almalısız. İmkanımız çatsaydı və ala bilsəydik, daha yaxşı olardı.

Fikrimiz Premyer Liqada möhkəmlənmək. Gələcəyin komandasını formalaşdırmaqdır. Çempionatın əvvəlindən niyyətimiz elə budur.

Qış toplanışını Antalyada keçdik. Hazırlıq yüksək səviyyədə oldu, hər şey qaydasındadır.

Yeganə problemimiz Cavid Tağıyevlə bağlıdır. Digər zədəli futbolçularımızın hamısı geri qayıdıb».

Digər Xəbərlər
Xəbər Lenti