Polis şöbəsinə aparılan şəxs klubun əməkdaşı imiş...

27 Yanvar 2023 21:20 Turan 671
Polis şöbəsinə aparılan şəxs klubun əməkdaşı imiş...

Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Qarabağ” görüşünün sonu qalmaqalsız ötüşmədi.

Baş hakimin final fitindən sonra bir qrup azarkeş Fərid Hacıyevin ünvanına təhqiramizin ifadələr işlətməsi bir nəfərin polis şöbəsinə aparılması ilə nəticələndi.

Yaxasından xüsusi vərəqə asılan Kamal adlı şəxsin polis mayoruna səhvlərə yol verən hakimin söyüşü haqq etdiyini deməsindən sonra azarkeş şöbəyə aparıldı.

İndiyə qədər futbol arenalarında dəfələrlə azarkeşlərin “poqonlular”ın qəzəbinə tuş gəlməsinin şahidi olmuşuq.

Lakin sinəsindən klubla və ya stadionla əlaqəli şəxs olduğunu bildirən vərəqə asılan birinin bu cür münasibətlə üzləşməsi...

Maraqlananda məlum oldu ki, Kamal klubun azarkeşlərlə əlaqələndiricisidir.

İllərdir Tovuzda tribuna liderlərindən biri kimi tanınan həmin şəxs “Turan Tovuz”un ev və səfər oyunlarında qatı fanatları bir araya gətirir, tribunaların canlandırır. Xüsusi vərəqə də onu digər azarkeşlərdən fərqləndirmək üçündür.

Polis şöbəsində isə çox qalmayıb. Təxminən 1 saat maarifləndirici söhbət aparılandan və izahatı alınandan sonra sərbəst buraxılıb.

“Turan Tovuz” – “Qarabağ” matçı 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti