Üç transfer istəmişdi, ikisi oldu, amma…

26 Yanvar 2023 17:40 Turan 1 186
Üç transfer istəmişdi, ikisi oldu, amma…

«Turan Tovuz»un mövsümün ilk yarısındakı əsas problemi zədəli və cəzalı futbolçuların sayı ilə bağlı idi.

Bu say hər həftə durmadan artırdı.

Gözlənilməz travmaların əlindən başı açılmayan Ayxan Abbasov yanvarı boş keçirmədi. İki legioneri göndərib, iki legioneri gətirdi.

Biri moldovalı müdafiəçi, biri albaniyalı hücumçu.

Dediyinə görə, yeniləri ümidi böyükdür və bu transferlər rəqabəti gücləndirib. Şübhə eləmirik ki, Abbasov yüz ölçüb bir biçib və boş yerə dilini işə salmaz.

Səhv eləmirəmsə, o, rəhbərlikdən 3 yeni futbolçu istəmişdi. Yəqin pul çatmayıb ki, ikisini ala biliblər.

Əsas odur, təzə gələnlər baş məşqçinin ürəyincədir. Masanın üzərində aş və kabab yoxdursa da, neyləyək, kartof qızartması var, Abbasov bayramı boş keçirməyəcək.

«Qarabağ»a iki qol vurmaq… bu, artıq bir addım irəli getməkdir. Zədədən dönənlər optimal formaya düşərsə, görün, «Turan» hələ nələr edər! Runi, Oduva, Xulu - bunlar «Turan»ın kilid isimləridir.

Mandariçlə Pusidən də gözləntilər böyükdür. Onların əsas heyətdə yerini möhkəmlətməsi ilə mühüm işlər görəcəklər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti