Azərbaycanlı qapıçının övladları ilə ev məşqinin "qəza" ilə bitən sonu - VİDEO

31 Yanvar 2023 23:40 Turan 1 075
Azərbaycanlı qapıçının övladları ilə ev məşqinin "qəza" ilə bitən sonu - VİDEO

Peşəkar futbolçunun övladlarının da bu peşə ilə məşğul olmasından təbii nə ola bilər?

Əbəs deyil ki, bu gün əksər futbolçular övladlarının onun yolunu getməsini sevərək arzulayır.

Məsələn, “Turan Tovuz”un qolkiperi Kamal Bayramov kimi.

Təcrübəli futbolçunun 3 oğul övladı var. Və hər birinin arzusu gələcəkdə atalarının yolu ilə getməkdir.

Hər halda, ata-bala onların evdə etdikləri məşqlər belə deməyə əsas verir.

O, bu barədə öz sosial şəbəkə hesabından video paylaşıb.

Əyinlərində atalarının forması, əllərində qapıçı əlcəyi olan azyaşlı uşaqlar sıra ilə atalarının təmirlərini yerinə yetirirlər.

Meydanda daim əzəmətli görünüşü ilə seçilən Bayramov, övladlarına qarşı da eyni sərtliklə davranması diqqətdən qaçmayıb.

Amma sonda baş verən “kiçik qəza” maraqlı anlara səhnə olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Başverənləri daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti