"Özümü "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı oynamağa hazırlamışam"

23 Yanvar 2023 09:20 Turan 1 148
"Özümü "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı oynamağa hazırlamışam"

"Özümü "Qarabağ", "Sabah", "Neftçi" kimi güclü komandalara qarşı oynamağa motivasiya etmişəm".

Sportinfo.az xəbər verir ki, bunu "Turan Tovuz"un yeni transferi Denis Marandiç deyib.

Moldovalı müdafiəçi bildirib ki, Azərbaycandakı iddialı komandaların avrokuboklardakı bəzi matçlarını izləyib:

"Onları beynəlxalq arenadakı çıxışlarından tanıyıram. Düşünürəm ki, çətin olacaq. Ən yaxşı oyunumu göstərməyə çalışacağam".

27 yaşlı oyunu Tovuz təmsilçisində özünü xoşbəxt hiss etdiyini söyləyib:

"Hamı məni çox yaxşı qarşıladı. Tam motivasiyalıyam, həqiqətən yaxşı kollektivimiz var. Antalyada ciddi hazırlıq keçdik.

İnanıram ki, hazırkı çıxışımızı çempionat matçlarında da davam etdirib qarşıya qoyulan hədəflərə çatacağıq".

Yoxlama matçlarında 2 qol vuran təcrübəli futbolçu komandanın uğurunu şəxsi göstəricilərdən üstün tutur:

"Qol vurub komandama kömək etdiyim üçün xoşbəxtəm. Düzdür, ilk növbədə müdafiəçiyəm. Amma vəzifələrimdən biri hücuma dəstək verməkdir.

Önəmli olan rəsmi qarşılaşmalarda fərqlənməkdir. Həmin matçlarda daha yaxşı oynamalıyıq. Düzdür, fərdi nailiyyətlər də vacibdir. Amma ən birinci komandanın nəticələridir".

Denis Marandiç 2020-ci ildən çıxış etdiyi Moldova millisində 6 oyun keçirib. O, tovuzlu azarkeşlərdən də danışıb:

"Onların önündə oynamaq xoşdur. Tovuzlu fanatlar barədə eşitmişəm. Bilirəm ki, komandamızın yaxşı dəstəyi var. Onların qarşısında çıxış etməkdən məmnun olacağam".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!