“Pul onlar üçün ikinci sıradadır, belə olmasaydı, aşağı məbləğə razılıq verməzdilər“

20 Yanvar 2023 14:00 Turan 696
“Pul onlar üçün ikinci sıradadır, belə olmasaydı, aşağı məbləğə razılıq verməzdilər“

“Turan Tovuz” qış transfer bazarını bağlayıb.

Maliyyə azlığından əziyyət çəkən debütant 2 yeni legionerlə müqavilə bağlamaqla kifayətlənməli olub.

Moldovalı müdafiəçi Denis Marandiçdən sonra Belajdi Pusi qərb təmsilçisinin düşərgəsinə təşrif buyurub.

“Şkenderbeu”da forma geyinmiş 24 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. Albaniyalının “Turan Tovuz”da 2000 dollar alacağı söylənilir.

Baş məşqçi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında bildirib ki, hər iki legioner onlara kifayət qədər münasib qiymətə başa gəlib:

“Onlar bizim üçün göydəndüşmə oldu. Marandiç Moldova yığmasının üzvüdür. Yaxşı yerlərdə oynayıb.

Pusinin bura gələcəyi isə son anda dəqiqləşdi. Məni sevindirən odur ki, hər iki futbolçunu birinci növbədə futbol və gələcək karyera maraqlandırır.

Pul onlar üçün ikinci sırada gəlir. Belə olmasaydı, aşağı məbləğə razılıq verməzdilər.

Gələn mövsüm maliyyə şərtlərinə yenidən baxılacaq. Komanda qarşıya qoyulan vəzifəni yerinə yetirsə, əməkhaqqıda artım olacaq“.

2017-2020-ci illərdə «Vllajniya»nın formasını geyinən Pusi son iki mövsümü «Skenderbeu»da keçirib. O, burada 40 oyuna 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti