Gürcü Premyer Liqamıza bu QİYMƏTİ VERDİ

18 Yanvar 2023 23:00 Turan 1 063
Gürcü Premyer Liqamıza bu QİYMƏTİ VERDİ

“Məncə, Premyer Liqa yaxşı səviyyədədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un legioneri Piruzi Marakvelidze deyib.

Cari mövsümdən ölkəmizdə çıxış edən gürcüstanlı yarımmüdafiəçi çempionatımız barədə bunları söyləyib:

“Gərgin və maraqlı oyunlara şahidlik edirik. Gələcək hədəflərim nədir? Düzünü desəm, bu anda fikirlərimi komandamla uğur qazanmağa cəmləşmişəm.

“Turan” bu il Premyer Liqaya qayıdıb. Yeni komandayıq. Özümüzü yaxşı təqdim etmək üçün əlimizdən gələni edəcəyik, qalanını isə mövsümün sonunda biləcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!