Əsas komandadan uzaqlaşdırıldı, Azərbaycandan getmədi

22 Yanvar 2023 19:00 Turan 1 434
Əsas komandadan uzaqlaşdırıldı, Azərbaycandan getmədi

“Turan Tovuz” yolların ayrılmasını təklif etdiyi futbolçusu ilə ortaq məxrəcə gələ bilməyib.

Söhbət komandanən cinah müdafiəsçisi Dao Ben Azizdən gedir.

Burkina fasolu Premyer Liqanın 11-ci turunun “Qarabağ”la baş tutan matçında ciddi zədə alaraq əvəzlənmişdi.

Həkimlərin muayinəsindən sonra onun xroniki zədəsi olduğu aşkarlanıb.

Bundan sonra klub onunla yolların ayrılması planlaşdırırdı. Əvəzində heyətə yeni futbolçu cəlb edilsin.

Azizin getməkdə maraqlı olmaması planın baş tutmasını əngəlləyib.

23 yaşlı arxa xətt oyunçusunun mövsümün sonuna kimi Qərb təmsilçisi ilə müqaviləsi var.

Belədə Burkion Fasodan olan legionerin növbəti 6 ayı əvəzedici heyətdə keçirəcəyi dəqiqləşib.

Ben Aziz Premyer Liqanın birinci yarısında cəmi 9 oyun meydanda olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!