Azərbaycan klubunda 1, 5 illik müqavilə, 1 şərt, 1 öhdəlik

18 Yanvar 2023 09:40 Turan 981
Azərbaycan klubunda 1, 5 illik müqavilə, 1 şərt, 1 öhdəlik

"Turan Tovuz"ın Belajdi Pusi ilə bağladığı müqavilənin müddəti məlum olub.

Premyer Liqanın debütantı adıçəkilən hücumçu ilə 1,5 illik (6 ay+1 il) kontrakt şərtlərini razılaşdırıb.

Albaniyalının buradakı gələcəyi komandanın elitada qalıb-qalmamasından asılıdır.

Qərb təmsilçisi yüksək liqada yerini qoruyarsa, onunla anlaşma avtomatik olaraq 1 il uzadılacaq. Bununla yanaşı, Pusinin əməkhaqqısı nəzərəçarpacaq dərəcədə artırılacaq.

Sözügedən forvardın 24 yaşı var. 2017-2020-ci illərdə «Vllajniya»nın formasını geyinən Pusi son iki mövsümü «Skenderbeu»da keçirib. O, burada 40 oyuna 6 qol vurub.

Tovuz klubunun daha əvvəl Moldova yığmasının müdafiəçisi Denis Marandiçlə "nigah" bağladığını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!