“Qurnik”i “Jetisu“ya dəyişdi – Azərbaycan komandası

16 Yanvar 2023 13:40 Turan 590
“Qurnik”i “Jetisu“ya dəyişdi – Azərbaycan komandası

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama görüşündəki rəqibi dəyişib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yanvarın 17-dəki son sınaq matçında öncədən nəzərdə tutulduğu kimi, Polşa “Qurnik”i ilə qarşılaşmayacaq.

Əvəzində baş məşqçi Ayxan Abbasov həmin gün yetirmələrini Qazaxıstan təmsilçisi “Jetisu” önünə çıxaracaq.

Yanvarın 3-dən Antalyada toplanış keçən “Turan Tovuz” keçirdiyi yoxlama görüşlərində “Petrolul”a (Rumıniya) 2:3 hesabı ilə məğlub olub, “Aarau”ya (İsveçrə) isə 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti