"Hücumçu transfer etmək istəyirik" - Azərbaycanlı baş məşqçi

15 Yanvar 2023 02:10 Turan 338
"Hücumçu transfer etmək istəyirik" - Azərbaycanlı baş məşqçi

"Turan Tovuz" Antalya toplanışı çərçivəsində İsveçrənin "Aarau" klubunu 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov "CBC Sport" kanalının suallarını cavablandırıb:

- Hər şey plan üzrə gedir. İkinci yoldaşlıq oyunumuzu keçirdik. Siyanda, Henri və Cavid Tağıyevin durumu bizi bir az üzür. Ümid edirəm ki, üçüncü matçda onlardan da istifadə edəcəyik. Çempionatın ikinci yarısına tam hazır olmaq istəyirik. "Aarau"ya qarşı yaxşı mübarizəli oyun getdi.

- Moldovalı müdafiəçi Denis Marandiçi transfer etdiniz. Bu, keçid əvvəlcədən planınızda var idi?

- İmeda Aşortiya ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Onun yerinə dərhal Denisi transfer etdik. Müdafiənin cinahlarında yeni oyunçuya ehtiyacımız var idi. Çox istərdik ki, bir futbolçu da transfer edək. Rəhbərliklə bu barədə danışırıq. Hücumçu istəyirik. Amma hələ bəyəndiyimiz oyunçu yoxdur.

- Mövsümün ilk yarısında komandanızda zədə problemləri yaşanırdı. Bununla bağlı həll yolu tapmısınız?

- Zədələr bizim üçün həqiqətən də böyük problemdir. Futbolçularımızı maksimum qorumağa çalışırıq. Amma 4-5 gündən bir oyunlar olur. Bir matçı süni, digərini təbii örtüklü meydançada keçiririk. Futbolçularımız ən çox oyunlarda zədələnir. Burada biz bir məşqçi olaraq köməklik edə bilmirik. Çünki, futbol mübarizəlidir. Təlim-məşq toplanışında oyunçuların fiziki keyfiyyətlərini artırmaq və zədələrə dözümlü olması istiqamətində işlər aparılır.

Digər Xəbərlər
Xəbər Lenti