Bölgə klubu baxışa çağırdığı kamerunlu legionerə vaxt verdi - BEŞ GÜN

14 Yanvar 2023 14:00 Turan 1 306
Bölgə klubu baxışa çağırdığı kamerunlu legionerə vaxt verdi - BEŞ GÜN

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qərb təmsilçisi İsveçrənin 1-ci liqa təmsilçisi "Aarau"nanı 6-cı dəqiqədə Ayxan Hüseynovun vurduğu qolla məğlub edib.

Qarşılaşma həm də baş məşqçi Ayxan Abbasovun yeni futbolçunu sınaqdan keçirməsi ilə yadda qalıb.

Belə ki, düşərgəyə yeni gələn kamerunlu Erik Ayuk bir hissə meydanda olub.

Ancaq 25 yaşlı vingerin özünü yaxşı tərəfdən göstərməsi üçün 45 dəqiqə yetərli olmayıb.

Qərar verməkdə tələsməyən təcrübəli mütəxəssis əcnəbi oyunçunun sınaq müddətini artırıb. O, daha 5 gün bölgə klubunun düşərgəsində yoxlanışda olacaq.

Yalnız bundan sonra ön xətt oyunçusu ilə bağlı yekun qərar veriləcək.

Son olaraq Misirdə "Farko" klubunda çıxış edən Erik Ayuk karyerası ərzində ABŞ, İsveç, Türkiyə və Tailandda legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti