Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Tovuz klubu ikinci sınağında İsveçrədən "Arau" ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Ayxan Hüseynov vurub.
"Turan Tovuz" Antalyadakı ilk matçında Rumıniya "Petrolul"una 2:3 hesabı ilə uduzub.

