Millimizin futbolçularına “dərs keçdi" , “əylənməyi sevirəm” dedi - FOTO

13 Yanvar 2023 20:00 Turan 905
Millimizin futbolçularına “dərs keçdi" , “əylənməyi sevirəm” dedi - FOTO

“Turan Tovuz”un vacib fiqurlarından biri Natan Oduvadır.

İngiltərəli hücumçu öz oyunu – vurduğu qollar, verdiyi ötürmələr və ən əsası, texniki bacarığı ilə tovuzlu futbolsevərlərin rəğbətini qazanmağı bacarıb.

Natanın özü də Tovuzda sevildiyini bilir, azarkeşlərlə isti münasibəti qoruyur.

Vaxtilə “Tottenhem”də Harri Keynlə məşq yoldaşı olmuş 26 yaşlı futbolçu “instagram” hesabında maraqlı paylaşım edib.

O, Premyer Liqanın 15-ci turunda baş tutan “Turan Tovuz” – “Sabah” qarşılaşmasından epizod paylaşıb.

Görüntüdə Oduva Amin Seydiyevin yer aldığı cinahda millimizin üzvünü keçməyə çalışır. Bu an Namiq Ələsgərov Aminə köməyə gəlir.

İngiltərəli legioner qarşısında iki rəqibin olmasına baxmayaraq, topu “sığallamaqla” bir hərəkətlə Aminlə Namiqdən sıyrılıb cərimə meydançasına ötürmə verir.

Noyabrın 29-da baş tutan həmin görüşdən ayyarım keçməsinə baxmayaraq, Natan görüntünü paylaşaraq “i like to have fun” ( əylənməyi sevirəm) sözlərini yazıb.

“Tottenhem”in yetirməsi cari mövsümdə “Turan Tovuz”un heyətində Premyer Liqada və Azərbaycan kubokunda 16 oyunun iştirakçısı olmaqla 3 qol vurub, eyni sayda assist edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti