“Get” göstərişi verildi, sözə qulaq asmadı, Azərbaycana qayıtdı

12 Yanvar 2023 21:20 Turan 1 786
“Get” göstərişi verildi, sözə qulaq asmadı, Azərbaycana qayıtdı

“Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirir.

Yanvarın 7-də qardaş ölkədə yola düşən qərb təmsilçisində hələ ki, bir yerdəyişmə baş tutub.

Yayda komandaya cəlb olunan İmeda Aşortiyanın əvəzinə Moldova millisinin üzvü Denis Marandiçi transfer olunub.

Baş məşqçi Ayxan Abbasovun “qara siyahısı”ndakı növbəti ad Dao Ben Azizdir.

Burkino Fasodan olan sol cinah müdafiəçisinin xroniki zədə daşıyıcısı olması baş məşqçinin ürəyincə deyil.

Odur ki, indiki vəziyyətdə komandasına kömək etməsi müşkülə çevrilən Azizə fasilə dönəmində özünə yeni iş yeri tapmaq məsləhət görülüb.

Lakin səbəbkar karyerasını “Turan Tovuz”da davam etdirməkdə maraqlıdır.

Afrikalı futbolçu müqavilə şərtlərini əsas tutaraq Tovuza təşrif buyurub. Kollektiv Antalyada olsa da, o, sözügedən şəhərə gələrək əvəzedici komandanın məşqlərə qoşulmasına dair mesaj verib.

Bu gedişlə Abbasov çıxılmaz vəziyyətdə qalacaq. Aziz qərbliləri tərk etmək istəmir, rəhbərliklə onu yola salmalıdır ki, yerinə başqa futbolçu cəlb olunsun.

O, cari Premyer Liqa mövsümündə 9 oyunda 640 dəqiqə meydanda olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti