Premyer Liqamızın yeni klubu kimi transfer edib? - VİDEO

12 Yanvar 2023 02:00 Turan 1 528
Premyer Liqamızın yeni klubu kimi transfer edib? - VİDEO

"Turan Tovuz" qış "transfer pəncərəsi" zamanı heyətini bir legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, qərb təmsilçisinin yeni transferi Denis Marandiçidir.

Moldova millisində də oynamış 26 yaşlı cinah müdafiəçisinin son komandası Bosniya və Herseqovinanın "Jrinski Mostar" klubudur.

"Uniao de Leyriya" (Portuqalia) və "Çelye"(Sloveniya) klublarının da formasını geyinmiş Denis yeni komandasının heyətində qol hesabını açmağa müvəffəq olub.

O, "Turan Tovuz" - "Petrolul" (2:3) görüşündə komandasının ilk qolunu vurmuşdu.

Təqdim edəcəyimiz video Denisin müxtəlif oyunlarda nümayiş etdirdiyi performansı ilə tanış olmaq mümkündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti