Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” Antalya toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniya təmsilçisi “Petrolul”la qarşılaşıb.
Oyun məhsuldar alınıb. “Turan Tovuz bu matçın yekununda 2:3 hesablı məğlubiyyətə üzülüb.
Tovuz təmsilçisinin heyətində Nazim Həsənzadə (5-ci dəqiqə) ilə Ayxan Quseynov (66-cı dəqiqədə penaltidən) fərqlənib.
"Turan Tovuz” yanvarın 13-də “Aarau”, 17-də isə Polşanın “Qurnik” klubları ilə də üz-üzə gələcək.

