Antalyadakı klubumuzun düşərgəsindən maraqlı VİDEO+FOTOREPORTAJ

9 Yanvar 2023 17:40 Turan 654
Antalyadakı klubumuzun düşərgəsindən maraqlı VİDEO+FOTOREPORTAJ

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” 3 gündür Antalyadadır.

Bu gün Rumıniyadan “Petrolul”la yoxlama görüşünə çıxan kollektivin mövcud durumu ilə bağlı sosial şəbəkələrdə maraqlı görüntülər paylaşılıb.

Kadrlardan bəlli olur ki, düşərgədə əsl səfərbərlik ab-havası hökm sürür. Hamı öz işinin başındadır - Ayxan Abbasov tapsırıq verir, futbolçular yerinə yetirir, baş məşqçinin köməkçisi Elnur Çodarov onlara nəzarət edir.

Ayxan Abbasov 13 yanvar tarixində İsveçrə “Aarau”su ilə oyunda komandanı sınaqdan keçirəcək.

Antalyada toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. Tovuzlular 1 gün sonra hazırlığı başa vuraraq vətənə dönəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti