"Turan Tovuz"un sol cinah müdafiəçisi axtarışları başa çatıb.
Ayxan Abbasov axtardığı legioneri Maldovada tapıb.
Söhbət Denis Marandicidən gedir. Debütant onunla 6 aylıq müqavilə imzalayıb.
Portuqaliya vətəndaşı da olan 27 yaşlı Denis gələn mövsümü də ölkəmizdə keçirə bilər. Bunun üçün qarşıdakı aylarda göstərəcəyi performansdan çox şey asılıdır.
Moldova yığmasının üzvü baş məşqçinin sevgisini qazanarsa, anlaşma müddəti 1 il uzadılacaq. Üstəlik, qazancı da artırılacaq.
Onun peşəkar karyerası legioner həyatından ibarətdir. Belə ki, bunadək Portuqaliyada "Unao Leyriya"da , Sloveniyada "Sele"də, son olaraq isə Bosiya və Herseqovinada "Jrinski"də çıxış edib.
Ölkəsinin yığmasında 6 oyun keçirən müdafiəçi qərb təmsilçisinə azad agent kimi qoşulacaq.
Bu transfer Tovuz klubunu artıq xərcə salmayıb. Ben Aziz Daoya verilən pulu alacaq. Burkina-fasolu dizindəki şişə görə Antalya toplanışınıa qatılmayıb.
Afrikalı legionerlə müqaviləyə yaxın günlərdə rəsmən xitam verilməsi planlaşdırılıb.
SPORTİNFO.AZ

