2 futbolçuya MESAJ GÖNDƏRİLDİ: “Özünüzə klub tapın”

8 Yanvar 2023 19:40 Turan 1 771
2 futbolçuya MESAJ GÖNDƏRİLDİ: “Özünüzə klub tapın”

Çempionatın ilk yarısında inamlı çıxışla yadda qalan “Turan Tovuz” 2023-cü ildə də azarkeşlərini sevindirmək istəyir.

Bunun üçün komanda istənilən səviyyədə hazırlıq keçməli, heyətdə “təmizləmə” və güclənmə prosesi uğurla davam etdirilməlidir.

Baş məşqçi Ayxan Abbasov “Turan Tovuz”u 1-2 əcnəbi ilə gücləndirmək istəyir. Lakin büdcədə əlavə vəsait yoxdur.

Bunun üçün az şans qazanan futbolçular getməlidir ki, onların puluna başqalarını dəvət etmək mümkün olsun.

Təcrübəli çalışdırıcı 2 əcnəbinin xidmətindən imtina etdiyini klub rəhbərliyinə açıqlayıb. Biri əsas heyətdə möhkəmlənə bilməyən İmeda Aşortiyadır, o biri xeyli vaxtdır zədədən əziyyət çəkən Dao Ben Aziz.

Futbolçulara qarşı həssas davranışı ilə seçilən Abbasov hər iki oyunçu ilə şəxsən söhbət edərək onlara özlərinə yeni iş yeri tapmağı məsləhət görüb.

Hətta çempionatın ikinci yarısında lazımi qədər şans qazanmayacaqlarını da diqqətə çatdırıb. Futbolçuların insani davranışdan nəticə çıxaracağına ümid edir.

Sözünü deyib, indi də onlardan cavab gözləyir. Tovuzdan ayrılmasalar, əvəzedici komandada top qovacaqlar. Qərb təmsilçisinin güclənmək planı isə, çox güman, “suya düşəcək”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti