“Turan” Antalyada – VİDEO

8 Yanvar 2023 00:30 Turan 486
“Turan” Antalyada – VİDEO

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” Antalyaya yola düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Artıq Antalyada olan Ayxan Abbasovun komandası yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.

Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə üç yoxlama oyunu keçirəcək.

Belə ki, sözügedən komanda yanvarın 9-da Rumıniyanın “Petrolul”, 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” (Zabrje) kollektivləri ilə üz-üzə gələcək. Komanda yanvarın 18-də vətənə dönəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti