Azərbaycan klubu legioner hücumçusu ilə yollarını ayırdı

7 Yanvar 2023 20:00 Turan 1 601
Azərbaycan klubu legioner hücumçusu ilə yollarını ayırdı

Premyer Liqanın ikinci yarısına hazırlaşan “Turan Tovuz”da ayrılıq reallaşıb.

Qərb təmsilçisinin yayda 1 illik anlaşdığı İmeda Aşortiya ilə yollar ayrılıb.

Rəhbərlik gürcü hücumçuya özünə yeni iş yeri tapmağı məsləhət görüb ki, “9 nömrə” daha çox oynamaq şansı qazanmaq üçün təklifə isti yanaşıb.

Nəticədə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İmeda Aşortiya cari mövsümdə Premyer Liqada 13 oyunda cəmi 310 dəqiqə meydanda olub. Ölkə kubokunda isə 2 matçda 4 dəqiqə şans qazanıb.

Baş məşqçi Ayxan Abbasovun sərəncamında görmək istəmədiyi digər futbolçu xeyli vaxtdır zədədən əziyyət çəkən Dao Ben Azizdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti