“Turan Tovuz” Premyer Liqanın birinci yarısını ilk altılıqda tamamlamağı bacardı.
Bunda komandanın ingiltərəli legioneri Nathan Oduvanın xidmətləri heç də az olmadı.
Britaniyalı hücumçu meydanda olduğu görüşlər qərb təmsilçisi daha cəsarətli futbolla yadda qalırdı.
26 yaşlı bəzi matçlarda vurduğu qollar, bəzi matçlarda isə etdiyi asistlərlə önə çıxmağı bacarırdı.
Onu yerli publikanın sevimlisi edən digər cəhət isə rəqib futbolçuları əla dribiliqlərlə arxada qoyması idi. Bu baxımdan qış fasiləsində də tovuzlu fanatları darıxmağa qoymur.
Belə ki, ingiltərə millisinin sabiq üzvü vətənində çəkdiyi videolarını "instaqram" hesabı vasitəsi ilə izləyiciləri üçün paylaşıb.
Oduvanın topla usta rəftarını özündə əks etdirin həmin kadrları sizə təqdim edirik:
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

