«Turan Tovuz» 4 ölkədən olan legionerlərlə danışıqlara başlayıb.
Doqquz ildən sonra Premyer Liqaya dönən, buna baxmayaraq, həm çempionatda, həm də kubok yarışmasında uğurlu qrafik cızan debütant 3 mövqeni gücləndirməyə çalışır.
Ayxan Abbasovun axtarışları müdafiə, yarımmüdafiə və hücum xətlərini əhatə edir. Baş məşqçinin diqqət mərkəzinə düşən əcnəbi futbolçular İran, Moldova, Ukrayna və Gürcüstan çempionatında qüvvəsini sınayır.
Onların yanvarın 8-dən sonra Türkiyəyə gəlməsi və Antalyada keçiriləcək təlim-məşq toplanışında iştirakı gözlənilir.
SPORTİNFO.AZ

