«Turan Tovuz»un legioneri Ben-Aziz Dao növbəti dəfə tibbi müayinədən keçib.
3 aydan artıqdır yaşıl sahələrdən uzaq düşən burkina-fasolu müdafiəçinin səhhətində yaranmış problemin ciddi olduğu üzə çıxıb.
Halbuki ilk vaxtlarda müalicə prosesinin belə uzun zaman alacağı gözlənilmirdi. Ancaq sonrakı müayinələr afrikalı arxa xətt oyunçusunun dizindəki damarların zədələndiyini bəlli etmişdi.
Sonuncu dəfə oktyabrın 1-də «Zirə» ilə keçirilən Premyer Liqanın 8-ci tur matçında sıradan çıxan Daonun diz qapağı indi tez-tez «atırdı».
Bu, yüngül qaçış zamanı özünü daha çox göstərirdi.
Indi isə məlum olub ki, Ben-Aziz karyerasını erkən bitirə bilər. 24 yaşlı afrikalının ayaq nahiyəsində şiş aşkarlanıb və təcili əməliyyat olunmalıdır.
O, bundan sonra uzunmüddətli reablitasiya kursu keçməli və daim özünü qorumalıdır.
SPORTİNFO.AZ

