"Bir neçə klubdan mənimlə maraqlandıqlarını eşitmişəm"

2 Yanvar 2023 21:30 Turan 1 592
"Bir neçə klubdan mənimlə maraqlandıqlarını eşitmişəm"

«Klubla mövsümün sonuna qədər müqaviləm var və ən vacibi budur ki, özümü xoşbəxt hiss edirəm».

«Turan Tovuz»un hücumçusu Natan Oduva Sportinfo.az-a açıqlamasında aldığı yeni təkliflər barədə danışıb.

Bu mövsümün əvvəlində «Şamaxı»nı qərb klubuna dəyişən ingiltərəli legioner «Qəbələ» və «Zirə»nin maraq dairəsindədir.

Nigeriya kökənli böyük britaniyalı forvard bildirib ki, hələ bir müddət də Tovuzda qalmağı arzulayır, lakin…

«Gələcək haqda danışmaq üçün hələ tezdir. Hələ ki, fikrim çempionat və kubok oyunlarındadır.

Bir neçə klubdan mənimlə maraqlandıqlarını eşitmişəm. Mövsümün sonunda fikrimi qətiləşdirəcəm. «Turan»dakı ümumi vəziyyətdən çox şey asılıdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti