«Yaxın günlərdə komandanı tərk edənlər ola bilər».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov deyib.
Premyer Liqanın ilk yarısında uğurlu çıxışıyla yadda qalan debütantın çalışdırıcısı bildirib ki, 1, ya da 2 futbolçunun düşərgədən ayrılması gözlənilir:
«Özləri ilə danışmışıq. Daha çox oynamaq şansı qazana biləcəkləri komandaya keçmələrinə tövsiyə etmişik.
Komanda tapsalar, gedərlər, tapa bilməsələr, bizimlə davam edəcəklər.
Heç bir futbolçunun karyerasına zərbə vurmağın tərəfdarı deyiləm. Ona görə də ad açıqlamayacam».

