Bakıdan köçən baş məşqçi əyalətdə darıxmır ki?

1 Yanvar 2023 17:00 Turan 1 130
Bakıdan köçən baş məşqçi əyalətdə darıxmır ki?

«Sizi inandırım, bu adamlar udanda bizimlə birgə sevinir, uduzanda bizimlə bərabər üzülürlər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov deyib.

Ötən ilin iyunundan qərb klubunda çalışan mütəcəssis əməkdaşımızın «daim bazada qalmaq sıxıcı deyil ki?» sualını bu cür cavablandırıb:

«Niyə ki? Əksinə, kollektivdə ailə mühitinin formalaşmasının əsas səbəblərindən biri də bazada qalmağımızdır.

Futbolçuların yeməyi bazada hazırlanır, paltarları orada yuyulur, təmizlik işləri aparılır. Yəni bugünkü “Turan Tovuz” təkcə əsas komandadakı məşqçi və futbolçulardan ibarət deyil.

Böyük bir ailəyik. Bu ailəyə akademiyanın futbolçuları, məşqçiləri, bazada çalışan xadimə, aşbaz, mühafizə xidmətinin əməkdaşları daxildir.

Hansısa futbolçunun problemi olanda dərhal həll etməyə çalışırlar. Legionerlərimizi evlərinə qonaq çağırırlar.

Çox yaxşı mühit var. Bunu futbolçu kimi “Turan”da oynayanda da görmüşdüm. Bu gün də şahidi olmaqdayam».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti