Tovuz publikasının sevimlisi klubunu dəyişir? - SON DURUM

31 Dekabr 2022 19:40 Turan 1 849
Tovuz publikasının sevimlisi klubunu dəyişir? - SON DURUM

Azərbaycan Premyer Liqasının birinci yarısında yadda qalmağı bacaran oyunçulardan biri də Nathan Oduva oldu.

"Turan Tovuz"un ingiltərəli forvardı sanki yenidən futbola qayıtdı, öz formasını bərpa etdi.

Əbəs deyil ki, meydandakı performansı ilə nəinki yerli publikanın, hətta bütün futbol ictimaiyyətinin diqqətini üzərinə çəkmiş oldu.

Hər kəs ondan danışdı, onun oyunun müzakirə etdi.

Belədə ingiltərəli forvarda təkliflərin olacağı da qaçılmazdır.

Artıq bu yöndə ilk siqnallar "Qəbələ"dən gəlib.

Bölgə klubunun 26 yaşlı oyunçu ilə ciddi maraqlandığı mətbuatda çıxan xəbərlər arasında yer alıb.

Amma Tovuz təmsilçisindən əldə etdiyimiz məlumata görə, futbolçunun ikinci dövrəni də "Turan"da keçirəcəyi böyük ölçüdə dəqiqləşib.

"Qəbələ"dən isə Oduva ilə bağlı kluba nə şifahi, nə də rəsmi heç bir təklif daxil olmayıb. Amma maraq göstərən Premyer Liqa klubları yox deyil.

Xatırladaq ki, əcnəbi futbolçunun qərb təmsilçisi ilə mövsümün sonuna kimi müqaviləsi var. Onu heyətinə qatmaq istəyən klub öncə "Turan" rəsmiləri ilə razılıq əldə etməlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti