«İlk növbədə komandanın ifasında baxımlı və əzmkar futbol görmək istəyirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Yeni transferlərdən sonra Tərlan Əhmədovun qarşısında hansı hədəf dayanacaq?Çempionatda qalmaq, yoxsa mövsümü ilk “6-lıq”da tamamlamaq?
O. baş məşqçidən nə tələb etdiklərini belə açıqlayıb:
«Hazırda sondan ikinciyik. Yeni ildə bacardığımız qədər üst pillələrə yüksəlmək üçün mübarizə aparacağıq».

