“Kubokda mərhələ adlamaq həmişə xoşdur, yarımfinala çıxmaq isə adamda ikiqat sevinc hiss yaradır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un gürcüstanlı legioneri Piruzi Marakvelidze deyib.
Yarımmüdafiəçi ölkə kubokunun ¼ final mərhələsində qarşılaşdıqları “Kəpəz”i üstələməyin onlarda mövsümün qalan hissəsi ilə bağlı nikbin düşünməyə əsas yaratdığını bildirib.
Bu rəqiblər arasındakı duellər qərb derbisi adlandırılır. Və böyük tarixi var.
Hər ölkədə belə derbilər olur. Maraqlıdır, Piruzi qərb derbisini ölkəsindəki hansı derbi ilə müqayisə edərdi?
Sitat: “Qarşılaşma ilə bağlı əvvəlcədən məlumatlı idim. Bilirdim ki, “Kəpəz”lə oyunlar azarkeşlərimiz üçün xüsusidir.
Sevinirəm ki, belə bir oyunda onlara qələbə bəxş edə bildik. Gürcüstanda ən vacib derbi “Dinamo” (Tiflis) – “Torpedo” (
Amma nə dərəcədə oxşar olduqlarını deməkdə çətinlik çəkirəm”.

