Tovuz rayon İcra Hakimiyyəti (İH) «Turan Tovuz»a dəstək məqsədilə yeni addım atıb.
Yerli İH kluba maddi köməklik göstərilməsi üçün tovuzlu iş adamlarına və dövlət strukturlarında çalışan vəzifə sahiblərinə müraciət hazırlayıb.
Çağırışa əsasən, tezliklə onlarla görüşün keçirilməsi nəzərdə tutulub.
Toplanacaq ianə komandanın qış fasiləsində yeni futbolçuların alınmasına xərclənəcək. Baş məşqçi Ayxan Abbasov klub rəhbərliyindən minimum 3 transfer istəyib.
Ölkə kubokunda yarımfinala yüksələn, Premyer Liqada 6-cı pilləyə yüksələn «Turan Tovuz» hazırda heyəti ən kasad kollektivlərdən biridir. Bu azmış kimi, düşərgədə xeyli zədəli var.
Ümumən problem çox ciddidir.
Klubun idman direktoru Nadir Nəbiyev saytımıza açıqlamasında deyib ki, yeni transferlər zəruridir, lakin büdcədə vəsait çatışmazlığı yaranıb və kənardan kömək olmasa, Ayxan Abbasovun tələbini yerinə yetirə bilməyəcəklər.
SPORTİNFO.AZ

