Təzyiq, məcburiyyət, "qorxulu düşmən" - "PROBLEM SANDIĞI"

25 Dekabr 2022 11:40 Turan 800
Təzyiq, məcburiyyət, "qorxulu düşmən" - "PROBLEM SANDIĞI"

Doqquz ildən sonra Premyer Liqanın qapısından içəri daxil olan «Turan Tovuz» mövsümün ilk yarısını altıncı pillədə tamamladı.

17 xal debütant üçün əla göstəricidir.

Doğrusu, bu qədər gözləmirdim. Fikirləşirdim ki, yığacaqları xal 10-12-ni keçməyəcək.

Doqquzuncu-onuncu yerlər arasında «get-gəl» edəcəyini proqnozlaşdırırdım.

Gümanlarımda məni yanıltdılar. Bunu edən Ayxan Abbasov və onun futbolçu sayı baxımından kasıb komandasıdır. Dünən də ağır Qəbələ səfərindən 1 xalla döndülər.

Ümumiyyətlə, diqqət yetirmişəm, debütant rəqib meydanında daha inamlı təsir bağışlayır. Statistikaya göz gəzdirirəm və əmin oluram ki, «Turan» 17 xalın çoxunu elə başqa-başqa stadionlarda toplayıb.

Bu fakt mənə deyir ki, «Turan» doğma məkanda istədi, istəmədi azarkeş təzyiqi ilə üzləşir və onu üzərindən ata bilmir. Evdə məcbur olurlar ki, daha çox hücuma çıxsınlar.

Hərçənd Abbasov elə futbolçuları başına yığıb, sırf müdafiədən oyun quran komanda formalaşdırmaq məqsədi daşıyır.

Bu azmış kimi, məşqçi korpusu AFFA-nın yeni saldığı, keyfiyyəti «göz oxşayan» süni meydança ilə «vuruşur».

İyulda salınmış qazon artıq 6-7 futbolçunu Ayxan Abbasovun «əlindən alıb». Daşı kimə atırsan, gedib zədəli oyunçuya dəyir.

Belə zülm olmaz ki…

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti