Azərbaycanda komanda heç-heçəni qələbə kimi qeyd etdi - VİDEO

26 Dekabr 2022 17:00 Turan 776
Azərbaycanda komanda heç-heçəni qələbə kimi qeyd etdi -  VİDEO

"Turan Tovuz" ilin son matçını "Qəbələ"yə qarşı keçirdi.

Qəbələ şəhər stadionunda keçirilən görüş qolsuz bərabərliklə başa çatdı.

Amma çətin səfərdə qazanılan heç-heçəni Ayxan Abbasovun yetirmələri üçün qələbəyə bərabar hesab etmək olar.

Elə tovuzdan gələn fanatlar və futbolçular da eyni hissləri yaşayırdılar.

Hər halda hakimin final fitindən sonra başverənlər belə düşünməyə əsas verir.

Belə ki, komandasını uzaq səfərdə tək buraxmayan bir qrup tərəfdar futbolçuları yanına çağıraraq əldə olunan 1 xalı qeyd ediblər.

Adətən belə görüntülər komandalar qələbə qazanandan sonra yaşanır. Bu dəfə Qəbələdə fərqli mənzərəyə şahidlik etmiş olduq. Bir sözlə, tovuzlular Qəbələdə bərabərliyi qələbə kimi qeyd ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti