Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkib.
Qəbələ şəhər stadionunda oynanılan ilin son matçında hesab açılmayıb.
Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "qırmızı-qaralar" 5-ci pillədəki mövqeyini qoruyub. Tovuz təmsilçisi isə 17 xalla 6-cı sırada qərarlaşıb.

