Dünən "Turan Tovuz" futbol klubunun kollektivi Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin qonağı olublar.
Görüşdə komandanın baş məşqçisi Ayxan Abbasov, akademiyanın koordinatoru Rasim Əliyev, əsas komandanın futbolçuları Kamal Bayramov, Cavid Tağıyev, Piruzi Marakvelidze, Natan Oduva və Ayxan Hüseynov iştirak edib.
İngiltərəli legioner Natha Oduvanı aramaqda məqsədimiz də məhz bu görüşlə bağlı təəssuratlarını almaq idi.
Təcrübəli futbolçu Sportinfo.az-a açıqlamasında bunları dedi: "Məktəb uşaqlarını görmək çox xoş idi. Onlar son dərəcə qonaqpərvər idilər. Düşünürəm ki, maraqlı anlar yaşandı. Gedişimizlə məktəbliləri sevindirmiş olduq. Üzlərindəki təbəssüm çox şeyə dəyərdi".
26 yaşlı forvard belə görüşlərin gələcəkdə həmin uşaqların futbolçu olmasında, inkişafında böyük təkan ola biləcəyini dilə gətirib:
“Bu, onların bizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyimizi göstərir və həmçinin gələcəkdə bizim mövqeyimizdə ola biləcəkləri üçün onları motivasiya edirik. Futbolçu karyeramda yer alan digər ölkələrdə də oxşar görüşlərin iştirakçısı olmuşam.
Məncə, belə münasibətlər onların futbolçu arzularının daha da möhkəmlənməsinə, böyüməsinə imkanlar yaratmış olur”.
XANOĞLAN

