İmeda Aşortia "Turan Tovuz"dan ayrıla bilər.
Gürcüstanlı artıq indidən özünə yeni klub axtarışına çıxıb.
Səbəb yarımmüdafiəçinin arxada qalan müddətdə ümidləri doğrultmamasıdır.
26 yaşlı oyunçu Tovuz təmsilçisində 15 oyunda meydana çıxıb.
Amma əcnəbi futbolçu bu görüşlərdə heç nə ilə yadda qalmayıb.
Onun adında nə bir asist, nə də bir qol belə yoxdur.
Müqaviləsi mövsümün sonuna kimi olan gürcüstanlı məşqçilər korpusunun planlarına daxil deyil.
İmeda sadəcə, klub tapa bilməyəcəyi halda məcburiyyətdən qərb təmsilçisində qala bilər. Çünki digər hallarda futbolçuya təzminat ödənməsi lazım olacaq.
Düzdü, gürcüstanlı legioner yüksək maaş almır.
Lakin qərb təmsilçisi hazırda hətta aşağı məbləğdə təzminatı ödəyə biləcək maliyyə dayağına da sahib deyil.
XANOĞLAN / SPORTİNFO.AZ

