«Turan Tovuz»un rəhbərliyində gözlənilməz ayrılıq baş verib.
Vidadi Əhmədov Müşahidə Şurasından (MŞ) aralanıb.
Buna səbəb «Turan»ın qurucusunun və ilk prezidentinin gözləntilərinin doğrulmamasıdır. Demə, iş adamı MŞ-nın başına keçmək istəyirmiş.
Hətta şuranın tərkibi ilə bağlı ilk siyahıda onun adı sədr olaraq göstərilib. Fəqət, rayonun icra başçısı Məmməd Məmmədov yerli biznesmenin təyinatına qarşı çıxıb və Rəşid Məhərrəmovun sədrliyə gətirilməsini istəyib.
İşi belə görən Əhmədov adi üzv kimi şurada fəaliyyət göstərməkdən imtina edib və klubla bütün əlaqələrini kəsib.
O, vəd etdiyi 10 min manatlıq yardımı da «Turan Tovuz»a göstərməyib.
SPORTİNFO.AZ

