"Sumqayıt"a QAZ lazımdır, Rəfiyevə MAŞIN – O,  pulu hara xərcləyib?

3 Dekabr 2020 19:40 Sumqayıt 676
"Sumqayıt"a QAZ lazımdır, Rəfiyevə MAŞIN – O,  pulu hara xərcləyib?

«Sumqayıt» ciddi problemlə üzləşib.

Sportinfo.az-ın məlumatıına görə, «Azəriqaz» adıçəkilən klubun müraciətinə rədd cavabı verib.

İş ondadır ki, "kimyaçılar" kommunal xidmətdən məhrumdur. «Gənclik şəhəri» təmsilçisi ev oyunlarını keçirdiyi stadiona qaz xətti çəkdirmək üçün aidiyyati qurumlara ərizə yazsa da, hələ buna müvəffəq olmayıb.

«Azəriqaz» yenə də arenanı texniki şərtlə təmin etməyə razılaşmayıb.

Problem, güman ki, maliyyə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədardır.

«Sumqayıt»ıın prezidenti Riad Rəfiyev «Azərikimya» və UEFA-dan gələn pulları hara xərclədiyini yaxşı bilir, texniki şərt almağa gəlincə isə buna vəsait tapmır.

Axı o, özünə yeni bahalı avtomobil almağı daha vacib sayır. Klubda çalışanların bazada soyuqdan donması ondan ötrü ən axırıncı dərəcəli məsələdir.

Digər Xəbərlər
Xəbər Lenti