Koronavirus “Sumqayıt“ın "başının üstünü kəsdirdi" – SON DƏQİQƏ

30 Noyabr 2020 09:40 Sumqayıt 1 462
Koronavirus “Sumqayıt“ın "başının üstünü kəsdirdi" – SON DƏQİQƏ

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Turun son günündə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

İki gün öncə keçirilməli olan, lakin bəzi futbolçuların yenidən koronavirus testindən keçməsi üzündən təxirə salınan matç “Kapital Bank Arena”da baş tutacaq. Bu, heç-heçələrin sıralandığı turun son qarşılaşması olacaq.

Meydan sahibləri liderlərin xal itirməsindən yararlanmaq və “Neftçi”yə çatmaq üçün qalib gəlməlidir. “Qəbələ” isə son sıranı tərk etmək üçün turu itkisiz keçməlidir.

Lakin koronavirus problemi indi hər iki tərəfi yaxından narahat edir. Əyalət təmsilçisinin 7 futbolçusu bu xəstəliyə yoluxub: Merab Qiqauri, Ülvi İskəndərov, Ceyms Adeniyi, Murad Musayev, Rasim Ramaldanov, Yusif Nəbiyev və Ehtiram Şahverdiyev.

“Sumqayıt“da isə son olaraq Vüqar Mustafayevin testi neqativ çıxıb. Buna kimi “kimyaçılar“dan yalnız Səbuhi Abdullazadədə xəstəlik aşkarlanmışdı.

Dünən Ayxan Abbasovun komandasında daha 2-3 futbolçu yüksək hərarət səbəbindən tibb heyətinə müraciət edib. Böyük ehtimalla, baş məşqçi bu gün onları riskə atmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti